Jeremi Menez bu sezonun sonunda PSJ-dən ayrılacağını açıqlayıb.
Korner.az-ın məlumatına görə, Fransa çempionatının lideri PSJ ulduz oyunçu Jeremi Menez ilə müqaviləsini uzatmayacaq.
Fransız klubundan ayrılmaq istəməyən Menez bunları dilə gətirib: “Uzun müddətdir ki, müqavilənin uzadılması üçün çalışırıq. Amma istəyimizə nail olmuruq. Özümə olan güvənimi itirirəm. Öz meydanımızda azarkeşlərimiz tərəfindən etiraz edilmək mənə utanc verir”.
Qeyd edək ki, Menez bu sezon PSJ-də çıxdığı 19 oyunda 2 qol vurub.
