PSJ Fransa Liqasında növbəti oyununa çıxıb.
Komanda 10-cu turda səfərdə “Marsel”lə qarşılaşıb və 2:2 hesabı ilə bərabərə qalıb. Paris klubunun qol silahı Neymar 85 və 87-ci dəqiqələrdə sarı vərəqə alaraq meydandan qovulub.
“Marsel” – PSJ – 2:2
Qollar: Luis Qustavo, 16 (1:0), Neymar, 33 (1:1), Thauvin, 78 (2:1), Kavani, 90 (2:2)
Qırmızı vərəqə: Neymar (PSJ, 87-iki sarı vərəqə)
Qeyd edək ki, 10 turdan sonra turnir cədvəlinə 26 xalla PSJ başçılıq edir. “Monako” 22 xalla 2-ci, “Nant” 20 xalla 3-cü pillədə qərarlaşıb.
