PSJ məğlub olsa da, mərhələ adladı
16.04.2025 , 11:30

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Korner.az xəbər verir ki, bu mərhələdə “Aston Villa” PSJ ilə üz-üzə gəlib.
İngiltərə klubu 3:2 hesabı ilə qalib gəlsə də, ilk oyunun nəticəsinə görə, Paris təmsilçisi mərhələ adlayıb.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel
“Aston Villa” (İngiltərə) – PSJ (Fransa) – 3:2
Qollar: Yuri Tilemans, 34. Makqin, 55. Konsa, 58 – Əşrəf Hakimi, 11. Nuno Mendes, 27.
İlk oyun – 1:3.
