PSJ və “Bavariya” 1/4 finalda
06.03.2024 , 02:00

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
“Bavariya” Münhendə “Latsio”nu qəbul edib və 3:0 hesablı qalib gəlib. Digər matçda isə PSJ İspaniyada “Real Sosyedad”ın qonağı olub. Görüş Fransa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
5 mart
00:00 Bavariya (Almaniya) – Latsio (İtaliya) 3:0
İlk oyun – 0:1
00:00 Real Sosyedad (İspaniya) – PSJ (Fransa) – 1:2
İlk oyun – 0:2
