PSJ “İnter”lə razılığa gəldi
30.05.2020 , 20:41

PSJ “İnter”dən icarəyə götürdüyü Mauro İkardini transfer edəcək. Klublar bu keçidlə bağlı razılıq əldə edib.
Korner.az xəbər verir ki, Paris klubu argentinalı forvard üçün qarşı tərəfə 50 milyon avro ödəyəcək. Həmçinin 7 milyon avro dəyərində bonuslar nəzədə tutulub.
Son mövsüm Liqa 1-də 20 matçda meydana çıxan İkardi 12 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
