PSJ ilə Messi arasında nə baş verir?
02.05.2023 , 17:56

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə səfər etməklə gündəmə gələn Lionel Messi, bu dəfə isə qalmaqaldan yayınmayıb.
Korner.az xəbər verir ki, futbolçunun klubun icazəsi olmadan səfərə getdiyi bildirilir.
Argentinalı ulduzun ötən gün keçirilən məşqdə iştirak etməməsi komandada narazılığa səbəb olub.
Ulduz futbolçunun PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Messinin klubla yeni müqavilə imzalamaq fikrində də olmadığı görünür.
O, bu mövsüm PSJ-nin heyətində 20 qol vurub və 19 məhsuldar ötürmə edib.
