PSJ İkardi üçün razılığa gələcək
26.04.2023 , 17:31
“Qalatasaray” İkardini birdəfəlik transfer etmək istəyir.
Korner.az xəbər verir ki, “sarı-qırmızılar” artıq PSJ ilə danışıqlara başlayıb.
Bundan əlavə Paris təmsilçisi də İkardini saxlamaq fikrində deyil.
Ötən günlərdə ölkəsinin mətbuatına açıqlama verən ulduz futbolçu Türkiyə klubunda qalmaq istədiyini bildirib. İstanbul təmsilçisində icarə əsasında forma geyinən İkardi, burada xoşbəxt olduğunu dilə gətirib.
İkardi bu mövsüm “Qalatasaray”ın heyətində 20 oyunda 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.