PSJ heyətini gənc futbolçu ilə gücləndirdi
27.01.2026 , 10:30
PSJ yeni transferini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “Barselona”nın gənc futbolçusu Pedro Fernandesi heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı sol cinah yarımmüdafiəçisi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. O, Fransa nəhəngində 27 nömrəli formada çıxış edəcək.