PSJ gənc ulduz ilə maraqlanır
15.06.2023 , 14:59

“Fənərbağça”nın futbolçusu Arda Güler karyerasını Fransada davam etdirə bilər.
Korner.az xəbər verir ki, PSJ 18 yaşlı futbolçunu heyətində görməkdə istəklidir.
İtaliya mətbuatının xəbərinə görə, Paris klubu Ardanın keçidi üçün “Fənərbağça” ilə danışıqlara başlayıb.
Arda ötən mövsüm Super Liqada 20 oyunda 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
