PSJ gənc müdafiəçi transfer edir
13.06.2025 , 12:58

PSJ heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “Bornmut”un müdafiəçisi İlya Zabarnıy ilə razılığa gəlib.
Bu barədə xarici KİV məlumat yayıb.
Tərəflər arasında 2030-cu ilə qədər müqavilə imzalanacağı gözlənilir.
İngiltərə klubu 22 yaşlı ukraynalı üçün PSJ-dən 70 milyon avro tələb edir.
Hələlik transferlə bağlı son qərar verilməyib.
