PSJ gənc futbolçunu transfer edə bilər
01.05.2023 , 20:53
Fransa nəhəngi PSJ “Fənərbağça”nın futbolçusunu transfer edə bilər.
Korner.az xəbər verir ki, Paris təmsilçisi Arda Gülər üçün hərəkətə keçib.
Klub artıq onun transferi üçün danışıqlara başladığı bildirilir.
Arda Gülər bu mövsüm 27 matçda meydana çıxıb. Arda bu matçlarda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.