Fransa 1-ci Liqasında mübarizə aparan PSJ heyətini İngiltərə təmsilçisi “Tottenhem”in futbolçusu Dele Alli ilə gücləndirmək istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda Fransa mediası xəbər yayıb.
“Bavariya”, “Mançester Yunayted” kimi klubların da maraqlandığı futbolçu üçün Fransa təmsilçisinin təklif göndərməyə hazırlaşdığı bildirilir.
İddia edilir ki, İngiltərə təmsilçisi Allinin keçidi üçün 100 milyon avro tələb edəcək.
Xatırladaq ki, ingilis futbolçu bu mövsüm “Tottenhem”in heyətində 30 oyuna 13 dəfə fərqlənib və 5 məhsuldar ötürmə edib.
