PSJ-dən “Yuventus”a?
20.12.2024 , 13:40
“Yuventus”un yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Turin təmsilçisi PSJ-nin hücumçusu Randal Kolo-Muani ilə maraqlanır.
Fransa klubu onu heyətdə saxlamaq istəmir. Bu səbəbdən onun İtaliya nəhənginə keçəcəyi gözlənilir.
“Yuventus” 26 yaşlı futbolçunu yanvarda icarəyə götürməyi planlaşdırır.
Mina Musayeva