PSJ-dən yeni transfer – Rəsmi
01.01.2024 , 19:47

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Paris təmsilçisi son klubu “San-Paulu” olan Lukas Beraldonu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
