PSJ-dən yeni transfer
08.08.2023 , 10:59

PSJ yeni transferini həyata keçirib.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “Benfika”dan Qonçalo Ramoşu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı forvard 2024-cü ilin yayına qədər Paris təmsilçisində çıxış edəcək.
