PSJ-dən yeni transfer
26.07.2022 , 20:59

“Leyptsiq”n futbolçusu Nordi Mukielenin PSJ-yə keçidi rəsmiləşib.
Korner.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi 5 illik müqavilə imzalanıb.
Nordi Mukiele ötən mövsüm “Leyptsiq”in heyətində 38 oyuna 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Konqo əsili futbolçu Fransa millisinin üzvüdür.
