PSJ-dən yeni transfer
14.06.2024 , 21:10

PSJ yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “Krasnodar”un qapıçısı Matvey Safonovu heyətinə qatıb.
Bu barədə klubun mərbuat xidməti məlumat yayıb.
Təcrübəli qolkiperlə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.
Transfer PSJ-yə 20 milyon avroya başa gəlib.
