PSJ-dən rəsmi transfer
29.01.2019 , 13:38

PSJ növbəti transferini həyata keçirib. Bu barədə klubun saytı məlumat yayıb. Paris təmsilçisinin səhifəsində yerləşdirilən videoda komandanın yarımmüdafiəçisi Anxel di Mariya “Zenit”in oyunçusu Leandro Paredesi transfer etdiklərini açıqlayıb.
Fransa mətbuatı 24 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalandığını yazıb. PSJ-nin 40 milyon avo təzminat ödəyəcəyi bildirilib. Futbolçunun uğularına görə Rusiya klubuna əlavə 7.5 mlyon avro mükafat da nəzərdə tutulub.
Paredes bu mövsüm 22 matçda 4 qol vurub, 5 qolun ötürməsini verib
