PSJ-dən Qətər klubuna
19.09.2023 , 11:25

PSJ-nin futbolçusu Yulian Draksler karyerasını Qətərdə davam etdirəcək.
Korner.az xəbər verir ki, alman yarımmüdafiəçi “Əl Əhli”yə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
