PSJ-dən “Liverpul”a?
09.01.2026 , 16:30
PSJ-nin gənc yarımmüdafiəçisi Bredli Barko İngiltərə Premyer Liqasında oynaya bilər.
Korner.az xəbər verir ki, “Liverpul” 23 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Xəbərdə bildirilir ki, Merdisayd təmsilçisi onun transferi üçün təxminən 100 milyon avro ayırmağa hazırdır.
İngiltərə klubu Barkonu Salahın əvəzedicisi kimi olaraq görür. Bu səbəbdən klub onu yaxın vaxtlarda komandaya cəlb etməyə çalışacaq.
Qeyd edək ki, Barko 2023-cü ildən PSJ-də çıxış edir.