PSJ-dən Koutinyoya görə fantastik təklif
09.07.2018 , 11:21

Filippe Koutinyo karyerasını Fransada davam etdirə bilər. Braziliyalı futbolçu ilə PSJ klubu maraqlanır.
Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri yazıb. Paris təmsilçisi braziliyalı üçün “Barselona”ya 270 milyon avroluq təklif göndərib.
Ötən mövsüm “Barselona”ya transfer olunan oyunçu 18 oyuna 8 dəfə fərqlənə bilib. Milli karyerasında isə 41 oyun keçirən 26 yaşlı futbolçu 12 qol vurub
