Fransa Liqasının erkən çempionu PSJ çempionatın son turunda iki rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, “Ayaçço” ilə oyunda 4:0 hesablı qələbə qazanan Paris təmsilçisi bu mövsüm Fransa Liqasında vurduğu qolların sayını 97-ə çatdırıb ki, bunu indiyədək heç bir klub bacarmayıb.
Paytaxt klubu “Marsel”in 1970/71 mövsümündəki 94 qolluq rekordunu qırıb.
PSJ iki il əvvəl 89 xalla qırdığı bir mövsümdə ən çox xal toplama rekordunu da yeniləyib. Loran Blanın komandası sona bir tur qalmış 92 xala malikdir.
