Fransa çempionatının 24-cü turu çərçivəsində “Loryan”ı 3:1 hesabı ilə məğlub edən PSJ yeni rekord müəyyənləşdirib.
Korner.az-ın məlumatına görə, parislilər Liqa 1-dəki ardıcıl qələbə sayını 33-ə çatdırıblar.
Bu isə Fransa çempionatında yeni rekorddur. PSJ hazırda Liqa 1-in şəriksiz lideridir. İkinci pillədəki “Monako” isə ondan 24 xal (!) geri qalır.
