PSJ-dən “Fənərbağça”ya – Rəsmi
22.01.2025 , 15:35

“Fənərbağça” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-dən futbolçu Milan Şkrinyarı heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Slovakiyalı futbolçu mövsümün sonuna qədər icarə əsasında Türkiyə klubunda çıxış edəcək.
29 yaşlı müdafiəçi müqavilə imzalamaq üçün bu gün İstanbula gələcək.
