PSJ-dən ayrılır, Premyer Liqa klubuna keçir
06.01.2025 , 13:47
PSJ-nin ulduzu Marko Asensio klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
İspaniyalı futbolçunun xidmətində “Nyukasl” və “Aston Villa” maraqlıdır.
Oyunçunun Paris klubunda daimi heyətdə yer almadığına görə, komandasından ayrılacağı gözlənilir.
Asensio bu mövsüm 15 matçda çıxış edib. O, bu oyunlarda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.