PSJ-dən ayrılan futbolçu karyerasını bitirdi
22.02.2019 , 14:30

PSJ-dən ayrılan Lassana Diarra karyerası ilə bağlı qərar verib.
33 yaşlı yarımmüdafiəçi futbolçu karyerasını başa vurub. Fransalı futbolçu sosial şəbəkə hesabında butsılarını mıxdan asdığını bəyan edib.
Qeyd edək ki, təcrübəli futbolçu peşəkar karyerasına “Le Havr”da başlayıb və “Çelsi”, “Arsenal”, “Portsmut”, “Real”, “Anji”, “Lokomotiv”, “Marsel”, “Əl-Cəzirə” və PSJ klublarında çıxış edib. Diarra 34 dəfə Fransa yığmasının formasını geyinib.
