PSJ-dən ardıcıl 12-ci qələbə
03.11.2018 , 11:00

Fransa Liqasında 12-ci tura start verilib
Lider PSJ öz meydanında 2-ci pillədə qərarlaşan “Lill”i qəbul edib. İlk 11 turda xal itirməyən Paris klubu bu oyunda da qələbəyə sevinib – 2:1.
Bununla da xalını 36-a çatdıran paytaxt təmsilçisi zirvədə yerini möhkəmləndirib. 2-ci pillədə olan “Lill”in 25 xalı var. “Monpelye” 22 xalla 3-cüdür.
2 noyabr
PSJ – “Lill” – 2:1
Qollar: Mbappe, 70 (1:0), Neymar, 80 (2:0), Pepe, 90+3-pen. (2:1)
