PSJ-dən 70 milyon avroluq transfer
06.07.2021 , 22:14

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Paris təmsilçisi “İnter” müdafiəçisi Əşrəf Hakimini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında “2” nömrəli formanı geyinəcək.
