Fransanın PSJ klubu daha bir futbolçu ilə anlaşıb.
Korner.az-ın məlumatına görə, Paris təmsilçisi “Roma”nın futbolçusu Markinyosu transfer edib. Gənc braziliyalı futbolçunun keçidi 32 milyon avro kimi dəyərləndirilir.
18 yaşlı futbolçu yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
