PSJ rəhbərliyi komandanın aparıcı oyunçularından olan Marko Verratti ilə bağlı narahatlığa son qoyub.
Korner.az-ın məlumatına görə, adı müxtəlif klublarla birgə hallanan italiyalı yarımmüdafiəçi ilə Paris təmsilçisi yeni müqavilə imzalayıb.
Razılaşmaya əsasən, Verratti 2020-ci ilin yayına qədər PSJ-nin uğurları üçün çalışacaq.
