PSJ-də yeni müqavilə
04.06.2021 , 16:52

PSJ futbolçusu İbrahim Diarra ilə müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
16 yaşlı müdafiəçi ilə 2023-cü ilin yayına qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, Diarra 2019-cu ildən PSJ-nin üzvüdü.
