PSJ-də Neymar şoku
14.10.2019 , 21:58

Nigeriya ilə yoxlama matçında zədələnən PSJ-nin futbolçusu Neymarın son durumu müəyyənləşib.
Korner.az xəbər verir ki, sol ayaq əzələsindən zədələnən 27 yaşlı hücumçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Neymar Çempionlar Liqasında “Brügge” ilə matçları, Fransa Liqasında isə “Nitsa”, “Marsel”, “Dijon” və “Brest”lə qarşılaşmaları buraxacaq.
