PSJ-də Mbappe şoku
25.07.2020 , 18:54

Fransa kubokunun finalıda “Sent-Etyen”lə matçda (1:0) ağır zədə alan PSJ-nin hücumçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib.
Korner.az xəbər verir ki, tibbi müayinədən keçən 21 yaşlı hücumçunun ayaq biləyində ciddi boşalma aşkarlanıb.
Fransalı futbolçunun avqustun 12-də Çempionlar Liqasının 1/4 finalında PSJ-nin “Atalanta” ilə üz-üzə gələcəyi matçda iştirak edib-etməyəcəyi məlum deyil.
