Fransa PSJ-si “Barselona” ilə Çempionlar Liqasının qrup matçı öncəsi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Paris klubunun ulduz futbolçusu Zlatan İbrahimoviç zədəlidi.
32 yaşlı hücumçunu ötən gün tibbi müayinədən keçirən klub həkimləri onun bu axşam İspaniya təmsilçisinə qarşı oynaya bilməyəcəyini deyiblər.
Qeyd edək ki, PSJ – “Barselona” matçı bu gün Bakı vaxtı ilə saat 23-45-də başlayacaq.
