PSJ-də ciddi itki: Desire Due sıradan çıxıb
30.10.2025 , 18:53
Fransanın PSJ klubunda aparıcı oyunçulardan biri, Desire Due zədələnib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
20 yaşlı vinger Liqa 1-in 10-cu turunda “Loryan”la səfər matçında sağ ayağının bud əzələsini zədələyib və bir neçə həftə meydanlardan kənarda qalacaq.
Zədə səbəbindən gənc futbolçu, DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək oyunda komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Desire Due bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 15 oyuna çıxaraq 4 qol vurub və 3 məhsuldar ötürmə edib.