PSJ-də ciddi itki
26.08.2019 , 18:55

PSJ Fransa çempionatının 3-cü turunda ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Edinson Kavani ilə Kilian Mbappe bu oyunda zədələniblər.
Fransa mətbuatının yaydığı məlumata görə, Kavaninin zədəsi o qədər də ciddi deyil. Amma Mbappedə durum dəyişikdir. Gənc futbolçunun 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
