PSJ-də ciddi itki – 3 həftə oynamayacaq
25.01.2020 , 19:08

PSJ ciddi itkiylə üzləşib.
Korner.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Markinyos sıradan çıxıb.
Fransa kubokunun yarımfinalında, PSJ-nin “Reyms”i məğlub etdiyi (3:0) matçda zədələnən Markinyos, ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
