PSJ Çempionlar Liqasından qovula bilər
16.11.2018 , 14:48

PSJ UEFA tərəfindən Çempionlar Liqasından uzaqlaşdırıla bilər. Buna səbəb kimi klubun Maliyyə Feyr Pley qaydalarını pozması göstərilir. PSJ transfer bazarında infilyasiya yaratmaqda günahlandırılır.
Avropanın ali futbol qurumunun Paris klubunun şübhəli sponsorluq razılaşmalarını, eyni zamanda Klyan Mbappe və Neymarın transfer müqavilələrinin detallarını araşdırdığı bilirilib.
PSJ hazırda Çempionlar Liqasında C qrupunda mübarizə aparır. Paytaxt təmsilçisi qrupda 4 turdan sonra 5 xalla 3-cüdür.
