PSJ finalda!
08.05.2025 , 01:00

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, PSJ evdə “Arsenal”nı qəbul edib.
Görüş Paris nəhənginin 2:1 hesablı qələbəsi ilə bitib.
Bununla da PSJ adını finala yazdırmağı bacarıb. Komanda həlledici matçda “İnter”lə üz-üzə gələcək.
Final oyunu mayın 31-də Münhendə keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00 PSJ (Fransa) – “Arsenal” (İngiltərə) – 2:1
İlk oyun – 1:0
