“Yuventus”dan ayrılan Dani Alveşin PSJ-yə keçidi rəsmiləşib.
Bu barədə Paris klubunun rəsmi Tvitter səhifəsi məlumat yayıb. Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanacağı bildirilir. Alveş yeni klubunda 32 nömrəli forma ilə çıxış edəcək.
Bu gün keçiriləcək mətbuat konfransında 34 yaşlı futbolçi ictimaiyyətə təqdim olunacaq.
