“Oyundan öncə psixoloji yox, başqa problemimiz var idi. Dünən iki futbolçu mənə oynaya bilməyəcəklərini bildirdi. Matçdan öncə keçirilən məşqdə cəmi 12 futbolçu var idi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 22-ci turunda “Kəpəz”ə qalib gəldikləri oyundan sonra “CBC Sport” kanalına açıqlamasında deyib.
Gürcüstanlı mütəxəssis komandasının bu gün yaxşı oynadığını bildirib: “Heyətlə bağlı problemlərə baxmayaraq, şadam ki, komandam bu gün qələbə qazandı. “Kəpəz”in necə oynadığını bilirdik. Onlara qarşı hazırlaşmışdıq. Komandam bu gün yaxşı oynadı və qalib gəldi. Növbəti turda qarşılaşacağımız “Qarabağ”la görüşümüz də çox çətin keçəcək”.
