“Proyssen” səfərdə məğlub oldu
23.11.2019 , 22:19

Almaniya 3-cü Bundesliqasında 16-cı turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə “Zvikkau” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə bitib – 4:2.
Dadaşov da bu görüşün iştirakçısı olub. Meydana start heyətdə çıxan Rüfət 85-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Proyssen” hazırda 13 xalla 19-cu pillədə qərarlaşır.
