Prosineçkinin yeni klubu
11.08.2020 , 19:49
“Kayserispor”dan ayrılan Robert Prosineçkinin yeni iş yeri məlum olub.
Korner.az xəbər verir ki, baş məşqçi bundan sonra karyerasını Türkiyənin digər klubu “Dənizlispor”da davam etdirəcək.
51 yaşlı mütəxəssis Super Liqa təmsilçisi ilə 2 illik razılığa gəlib.
Xorvatiyalı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.