Prosineçkinin təyinatı açıqlandı
30.12.2019 , 10:35

Robert Prosineçkinin millimizi çalışdırmayacağı dəqiqləşib.
Korner.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis Türkiyənin “Kayserispor” klubunun başına keçib. Bu barədə klub prezidenti Berna Gözbaşı məlumat verib. O, sosial şəbəkə hesabında bunları qeyd edib:
“Robert Prosineçki ilə anlaşdıq. Yarıda qalmış hekayəni tamamlamağa gəlir. Camiəmizə xeyirli olsun. Super Liqada qalmaq bizim üçün çox önəmlidir. Anlaşmamızın müddəti mövsümün sonuna qədərdi. Elitada qalsaq, yenidən masaya oturacağıq”.
Qeyd edək ki, son olaraq Bosniya və Herseqovina yığmasını çalışdıran Prosineçkin 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. 50 yaşlı mütəxəssis 2012/13 mövsümündə isə məhz “Kayserispor”u çalışdırıb.
