“Xorvatiya güclü olduğunu nümayiş etdirdi. Daha böyükhesablı qələbə qazanmaq mümkün idi. Amma şansları dəyərləndirmədik”.
Korner.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.
AÇ-2016-nın D qrupunda qərarlaşan Xorvatiya və Türkiyə yığmaları üz-üzə gəlib. Qarşılaşma xorvatların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunu dəyərləndirən millimizin xorvat çalışdırıcısı ölkəsinin şansları haqda da danışıb:
“Qrupdan çıxmaq üçün yaxşı şansımız var. Türkiyə üçün heç nə başa çatmayıb. Onların heyətində Arda Turan və Hakan Çalhanoğlu kimi güclü futbolçular var”.
