Millimizin baş məşqçisi Robert Prosineçki barədə növbəti iddia yayılıb.
“Sabah” qəzeti xorvatiyalı mütəxəssisin “Trabzonspor”u çalışdıra biləcəyini yazıb. Hazırkı baş məşqçi Ərsun Yanalla yolları ayırmağa qərar verən klub rəhbərliyinin bu vəzifəyə namizədləri sırasında R.Prosineçkinin də olduğu iddia edilib. Digər namizədlər sırasında Mişel Pryudomm, Rıza Çalımbay, Mustafa Reşit Akçay və Fatim Terim yer alıb.
“Trabzonspor” dünən doğma meydanda “Akhisar”a 1:6 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra klub rəhbərliyinin bu gün Ə.Yanalı istefaya göndərəcini rəsmən açıqlayacağı gözlənilir.
