Milli komandamızın baş məşqçisi Robert Prosineçki "Qarabağ"a tərif yağdırıb.
Korner.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis Ağdam klubunun çıxışı haqda xarici mətbuata danışıb:
"Onlardakı komanda oyunu heç bir kollektivdə yoxdu. Onlar belə oyunları ilə ölkə futbolunun səviyyəsini qaldırırlar. Bundan əlavə həm də milli komandaya futbolçu qazandırırlar. Uğurlarını deməmək, alqışlamamaq mümükün deyil".
