Prosineçki Pedronun satılmağına icazə vermədi
02.01.2020 , 12:26

“Kayserispor”da çıxış edən Pedro Enrikenin “Qarabağ”a dönüşü mümkün olmayacaq.
Korner.az-ın məlumatına görə, buna səbəb Kayseri təmsilçisinin yeni baş məşqçisi Robert Prosineçkinin Pedronun satılmasını istəməməsidi.
Xorvatiyalı mütəxəssis Enrikedən başqa, Bernard Mensah və Adem Kravetsin də komandada qalmalı olduğunu klub rəhbərliyinə bildirib.
Qeyd edək ki, Pedro ötən ilin sonlarında Bakıya gəlmiş və “Qarabağ”ın matçını stadiondan izləmişdi. 29 yaşlı oyunçunun “Qarabağ”la danışıq apardığı haqda xəbərlər yayılmışdı.
