“Çox gərgin oyun izlədik. Xüsusilə birinci hissədə komandamız sürətli oyun nümayiş etdirdi.
Korner.az-ın məlumatına görə, bu sözləri Antaliyada toplanış keçirən U-21-in qanalı futbolçulara qarşı keçirdiyi görüşü canlı izləyən əsas millimizin baş məşqçisi Robert Prosineçki deyib.
Çalışdırıcı U-21-ə cəlb edilmiş İlter Taşkınla bağlı təəssüratını bölüşüb: “Əsas yığmanın toplanışlarına perspektiv vəd edən futbolçuları da dəvət edəcəyimi demişdim. İlter haqda mənə məlumat verilmişdi, bu gün oyununu canlı izlədim”.
Prosineçki Nurlan Novruzovun onun sisteminə uyğun olmaması ile bağlı ajiotaj yaradan açıqlamasına aydınlıq getirib: “Mənim hücumda görmək istədiyim futbolçu ön xətdə top saxlamağı, yarımmüdafiəni hücuma qoşan ötürmələr vərməyi bacarmalıdır. “Şaxtyor”la oyunun evvelinde Məhəmməd bir qədər çətinlik çəkdi, ancaq sonradan ona verilen tapşırığı yerinə yetirdi”.
