big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Prosineçki: “Nurlan mənim oyun üslubuma uyğun futbolçu deyil”

23.02.2015 , 09:04

Antalyada təlim-məşq toplanışı keçirən milli komandamızın baş məşqçisi Robert Prosineçki bu gün bir qrup azərbaycanlı jurnalist üçün mətbuat konfransı keçirib.

– İlk dəfərdir toplanış keçiririk. Komandaya yaradılan şərait və meydançalar gözəl vəziyyətdir. Komandadan razıyam. Futbolçularda intizam və motivasiya çox yüksəkdir. Maksim Medvedev ayın 21-də geri qayıdıb. Sonuncu turda zədələnmişdi. Burda müayinə etdik və qərara gəldik ki, qalmasının mənası yoxdur, müalicəsini davam etdirməsi üçün Bakıya göndərdik.3 məşq keçirmişik. Birincisi bərpa məşqi idi, digər ikisi isə gücə hesablanmış məşq idi. Doğrudur, vaxtımız azdır, ancaq futbolçular mənim istədiklərimi dərk edirlər.

– Dünənki məşqdə komandanı əsasən hücum taktikası üzərində çalışdırdınız. Bu, sırf Malta ilə oyuna hesablanıb, yoxsa bundan sonra milliyə aşılamaq istədiyiniz oyun üslubu hücum futboludur?
– Buraya gələndən futbolçulara demişəm ki, hazırlığımız Malta ilə oyun üçün aparılacaq. Təbii ki, mən komandamın hücum futbolu oynamasını istəyirəm, ancaq müdafiəni də heç bir halda unutmamalıyıq.

– Rəşad Sadıqov dünənki məşqdə komandadan ayrı çalışdı. Onun vəziyyəti nə yerdədir? Və Ruslan Abışov siz hansı mövqedə görürsüz: müdafiənin mərkəzində, solunda, yoxsa dayaq yarımmüdafiəçisi?
– Rəşadın zədəsi yüngüldür. Ona görə yüngül məşqlə kifayətləndi. Bu gün müayinədən keçiriləcək və onun “Şaxtyor”a qarşı oynayıb-oynamayacağını sabah biləcəyik. Abışova gəlincə, onun oyunlarını dayaq yarımmüdafiəçisi kimi oynadığını görmüşəm. Sabah Rəşad oynaya bilməsə, Ruslanı müdafiənin mərkəzində oynada bilərəm.

– Qara Qarayevlə Ruslan Abışov dünən mətbuata sizinlə bağlı iddialı açıqlamalar verdilər. Maraqlıdır, onlarda bu inamı necə yaratmısız?
– Oyunçuların belə açıqlama vermələri mənim üçün çox xoşdur. Onlarla fərdi söhbətlərimdə də demişəm, sizə də deyirəm, mən səmimiyəm. Hər şeyi açıq danışmağı sevirəm. Futbolçulara da demişəm, istəyir hər hansı futbolçu millidə 70 oyun keçirsin, yaxud 10 oyun, mənim üçün bunun fərqi yoxdur. Mənim üçün əsas olan mənim düşüncəmi meydanda tətbiq etmək və daim hazır olmaqdır. FİFA pəncərəsinə daxil olmadığı üçün buraya legioner həyatı yaşayan oyunçuları gətirə bilmədik. Ancaq toplanışda iştirak edənlərin hər biri yığmaya layiqdir. Mən demirəm ki, sabah İtaliyanı, Xorvatiyanı məğlub edəcəyik. Ancaq çalışacağam ki, Bakıya gələn hər komanda qarşısında güclü rəqib görsün. Buna mənimlə yanaşı, futbolçular və sizlər də inanmalısız.

– Dediz ki, komandanızın hücum futbolu oynamasını istəyirsiz. Ancaq bu futbolçular Premyer Liqada çıxış edən futbolçulardır və Premyer Liqa komandaları arasında hücum futbolu nümayiş etdirən də yoxdur. Belə olan halda düşüncənizi necə tətbiq edəcəksiz?
– Millinin seçmə mərhələsinin bir oyununu canlı, digərlərinin videoyazısını izləmişəm. Belə təəssürat yaranıb ki, komanda yalnız müdafiəni, az qol buraxmağı düşünüb. Bu düşüncəni dəyişmək üçün çalışacağıq. Bacarsaydım, bu dəyişikliyi hərəkətə keçirmək üçün futbolçuların hərəsinə bir çip taxardım. Ancaq bir şeyi unutmayın ki, hücum futbolu oynamaq müdafiəni tamamilə unutmaq demək deyil.

– Legioner həyatı yaşayan futbolçulardan Malta ilə oyuna kimi çağırmaq fikrindəsiz?
– Köməkçilərim legioner futbolçularımızı izləyirlər. Mahir Şükürov mütəmadi oynayır. Digərləri mütəmadi, bir neçəsi isə çox az oynayır. Eddi İsrafilov dünyanın ən güclü liqasında çıxış edən komandada oynayır, ancaq bu gün o da meydana çıxmır. Ümumiləşdirsək, bu futbolçulardan bəzisi Malta ilə oyuna çağırıla bilər. Çox istərdim, hamısı millidə oynamağa hazır olsunlar və hamısını dəvət edim. Məsələn, Dmitri Nazarov 45-60 dəqiqə oynayır öz klubunda, onu yığmaya dəvət etmək olar. Vaqiflə Eddini də Malta ilə matça qədər izləyəcəyik.

– Anton Krivotçukun klubsuz olduğu halda milliyə dəvət olunması birmənalı qarşılanmadı.
– Sizə onu niyə yığmaya çağılrdığımın sirrini açım. Azərbaycan futbolunun illərdir yaxşı sol cinah müdafiəçisi yoxdur. Bəribaşdan deyirəm ki, Anton Maltaya qarşı oynamayacaq. Onu ona görə toplanışa çağırmışam ki, indidən əsas millinin atmosferini duysun. Ancaq gələcəkdə millinin sol cinah müdafiəsində biz onu görürük. Gələcəkdə də perspektiv vəd edən gənc və yeniyetmə futbolçuları əsas millinin toplanışlarına çağıracağıq. Mən oturub şikayətlənə bilərəm ki, futbolçu yoxdur, bacardıqları budur, digər çempionatlarla müqayisədə Azərbaycan Premyer Liqası zəifdir və s. Ancaq görürəm ki, böyük potensial var. Mənim və həmkarlarımın əsas işi odur ki, futbolçularda özünəinam hissini geri qaytaraq.

– Millinin qapıçılarının hazırlığından razısız?
– Səlahət Ağayev son turda zədələndiyi üçün toplanışa gətirə bilmədik. Kamran Ağayev klubunu dəyişib və “Kayserispor”da meydana çıxmır. Emil Balayevə “Ayntraxt”da hələ ki şans verilməyib. Popoviç formadadır. Ümid edirəm ki, Kamran

– Klubsuz Krivotçuk yığmaya çağırıldığı halda, Premyer Liqanın bombardirlərindən Nurlan Novruzovun dəvət edilməməsi birmənalı qarşılanmadı.
– Ola bilər ki, mənim yaxşı futbolçu hesab etdiyimi siz pis oyunçu hesab edəsiz. Bu, subyektiv fikirdir. Bəli, statistikaya baxsaq, siz haqlısız. Nurlan 10 qol vurub. Ancaq o, mənim sistemimə uyğun deyil və buna görə də dəvət etməmişəm. Əvəzində, ondan 2 top az qol vurmuş Məhəmməd Qurbanovu çağırmışıq.

– Ruslan Qurbanovun “Split”ə keçidi ilə bağlı nə düşünürsüz?
– Bunu həmkarımı tənqid etməyim kimi qəbul etməyin. Ancaq mən anlaya bilmirdim ki, Ruslan “Neftçi”də niyə əsas heyətdə oynamır. Qurbanovun meydanda olduğu qarşılaşmaları izləmişəm. Azərbaycanlı futbolçuların əsas problemlərindən biri də budur ki, topsuz oynaya bilmirlər, ötürmənin düz ayaqlarına verilməsini gözləyirlər.  Açıq zonaya “açılmaq” anlayışı yoxdur çoxunda. Ruslan bu mənada çox fərqlidir, topsuz oynaya bilən nadir azərbaycanlı oyunçulardandır. Ümid edirəm ki, Xorvatiyanın 2-3 ən yaxşı komandasından biri olan “Split”də əsas heyətə düşəcək.

– Hansı futbolçularımızın xarici klublara keçməsinə yardımçı ola bilərsiz?
– Ad çəkmək doğru olmaz, ancaq legioner hyatı yaşamaq potensialı olan azərbaycanlı futbolçular var.

– Dediz ki, futbolmuların düşüncə tərzini dəyişmək istəyirsiz. Azərbaycanlı futbolçular bu dəyişikliyə uyğunlaşmaq üçün nə qədər elastikdir və dəyişikliyi tamamlamaq üçün sizə nə qədər vaxt lazımdır?
– Vaxt baxımından deyə bilmərəm. Artıq 3 gündür bu proses başlayıb. Çalışırıq ki, Malta ilə oyunadək işimizi tam şəkildə quraq. O oyunda qazanılacaq qələbə bizim işimizi daha da sürətləndirəcək.

– Coşqun Diniyev ilk dəfədir əsas yığmanın toplanışında iştirak edir. Hazırlıq durumu necədir, həyəcanı üzərindən ata  bilibmi?
– Bu toplanışa təkcə Coşqun yox, bir çox futbolçu ilk dəfədir çağırılıb. Məhəmməd, Namiq, Elvin Camalov…

– Bunu ona görə soruşdum ki, Coşqun və atası müstəqil Azərbaycanın milli komandasına dəvət alan ilk ata-oğuldur.

– Mən bunu bilmirdim. Şahin müəllimi tanıyıram. Bilirəm ki, Məşqçilər Komitəsinin üzvüdür. Gərək Coşqunu yığmaya çağırmayaydım (gülür). Təbii ki, bu, zarafatdır. Coşqunu milliyə atası AFFA-da işlədiyinə görə çağırmamışam. Onun tipli futbolçuları bəyənirəm, oyun üslubu mənim oyun üslubuna yaxındır. Gəncdir, daha yaxşı səviyyəyə çata bilər. Ona sabahkı oyunda da şans verəcəm ki, özünü göstərsin.

Saleh Arslan

Antalya

Son yazılar

To Top